"Pul qazanan deyiləm, buna üz lazımdır" - İlhamə

"Pul qazanan deyiləm, buna üz lazımdır" -  İlhamə
1383 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İlhamə Qasımova yeni qabiliyyətini aşkarlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi mahnı bəstələyib. O, bundan sonra öz bəstələrini oxuyacaq.

Bu haqda “Star life” verilişində danışan İ.Qasımova onu tanınmış diceylə birlikdə oxuduğunu söyləyib:

“Mahnını neçə il əvvəl yazmışam. Almaniyadan, Moskvadan belə gəzib. 4-5 dəfə aranjiman olunub, amma bəyənməmişəm. Adını “Why not” qoyacam. Bundan əvvəl ingilis dilində oxuduğum mahnını yalnız bir radio kanalı səsləndirdi. Digərləri geri çevirdi. Mahnı xaricdə hit-paradlara daxil olandan sonra bütün radiolarımız səsləndirdi”.

İ.Qasımova özü yazıb, özü oxuyacağını deyib:

“Kiməsə mahnı satmağa fikrim yoxdur. Mən pul qazanan olsaydım, müğənni kimi qazanardım. Çünki onun üçün üz lazımdır. Mahnı satsam, bir qəpik verməzlər. Bəstə istəmişəm, həmişə pul istəyiblər, üstəlik aranjiman üçün də məbləğ tələb ediblər”.

Sənətçi hit olan bayağı mahnılardan söz açıb:

“6/8 ritmində mahnı oxumaq pis deyil. Azərbaycanlıyıq, xalq, folklor mahnısını bacarmalıyıq. Amma hərdən elə zövqsüz mahnılar çıxarırlar, bir nömrə edirlər ki, dəhşətdir. Elə mahnılar, elə müğənnilər var ki, bütün günü “zəngimcell”də bir nömrədirlər. Deyəsən sehirli cinləri var... Ən ara mahnıları tutur. Onu bacarmaq da istedaddır, mən bacarmaram. Toyu fikirləşəndə yaradıcılıq itir. Bu gün heç kimə yaradıcılıq lazım deyil. Kim necə qazanır, canı sağ olsun”.

İ.Qasımova rəfiqəsi Oksana Rəsulovanın Natavan Həbibi ilə küsülü olmasına da münasibət bildirib:

“Mən iki insan arasında baş verənlərə qarışmıram. Mənim heç bir problemim olmayıb. Sabah barışa bilərlər”.