Fərdanın 2 ildir gözlədiyi gün gəlib çatdı

Fərdanın 2 ildir gözlədiyi gün gəlib çatdı
1954 dəfə oxunub
  • A-
  • A
  • A+
Yumor ustası Fərda Xudaverdiyevin “Selfinaz” adlı konserti bu gün baş tutacaq.

Axşam.az-ın məlumatına görə, Nizami Kino Mərkəzində baş tutacaq tədbirə aktyor 2,5 ildir hazırlaşır.

F.Xudaverdiyev stand-up şousunun artıq bütün işlərinin tamamlandığını bildirib. O, səhnə dekorunun və işıqların yüksək səviyyədə qurulduğunu vurğulayıb.

“Artlemma” şirkəti tərəfindən təşkil olunan konsertdən bəhs edən F.Xudaverdiyev “Tamaşaçılar üçün əsl “xa-xa, xi-xi” olacaq. Əsl gülüş dolu gün yaşayacaqlar” deyə, söyləyib.

Saat 20:00-da başlayacaq konsertə biletləri Nizami Kino Mərkəzinin kassalarından ala bilərsiniz.