Vasif Məhərrəmli məşhur brendi Azərbaycana gətirir - fotolar

Vasif Məhərrəmli məşhur brendi Azərbaycana gətirir -  fotolar
8698 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Vasif Məhərrəmli yeni biznesindən danışıb.

Axşam.az-a açıqlama verən ifaçı italyan brendini aldığını deyib:

“Bunu açıqlamaq istəmirdim. Verilişlərin birində Xatirə İslam açıb danışdı. Geyim mağazasıdır, italyan brendidir. Ailə üzvlərimlə birlikdə bu brendi almışıq. Hazırda bu sahədə iş gedir. Bir mağazamız artıq var. Orada mən yox idim. İkinci mağazaya isə şərik olmuşam”.

Xalq artisti Flora Kərimovanın klip təqdimatında Məleykə Əsədova ilə aralarında qalmaqal yaşanan müğənni bu məsləyə toxunub. O, aktrisanın hamının içində “Vasif, sakit dayan, sən danışanda mən səni dinləyirdim. Belə olmaz axı” sözlərindən incimədiyini bildirib:

“Həmin gün Məleykə xanıma zəng vurdum ki, bu nə məsələ idi? Biz onunla dostuq. Gözəl xanımdır, anadır. Aramızda heç bir inciklik yoxdur. İnanmırsınızsa, zəng vurub danışım, özünüz şahid olun”.

V.Məhərrəmli “İllərdir sizi eyni tərzdə görürük, heç dəyişmirsiniz” sualına belə cavab verib:

“Ciddi maskalar etmirəm, prosedurlara üz tutmuram. Məleykə Əsədova deyir ki, insan yaşa dolduqca daxili aləmi simasına vurur. Doğrudan da elədir. Çirkin biri qəfildən nurlaşır. Demək, insanın daxili gözəldir”.

Yeniliklərindən söz açan V.Məhərrəmli klip çəkdirəcəyini deyib:

“Yayda yeni klip çəkdirəcəm. “Ata” klipini qışda çəkdim, amma ürəyimcə deyil. İnsan yaşa dolduqca yayı sevir. 22-23 yaşımda istiyə nifrət edirdim, yayda heç yerə getmirdim. Amma indi dəyişmişəm”.

Foto: Ramin ASLANOV