"7 il kloun işləmişəm" - Azərbaycanlı aktyor

"7 il kloun işləmişəm" -  Azərbaycanlı aktyor
2596 dəfə oxunub
  • A-
  • A
  • A+

Yumor ustası Müşviq Şahverdiyevin "Gizlənpaç" filminin kastinqləri baş tutub.

Axşam.az-ın məlumatına görə, aktyor açıqlama verərək, istədiklərini əldə edə bilmədiklərini bildirib:

"Kastinq uğurlu olsa da, tam istədiyimiz nəticəni əldə edə bilmədik. Çünki kastinqə gələnlərin əksəriyyəti hazırlaşmamışdı. Bu da bizə çox çətinliklər yaratdı. Amma kütləvi səhnələr üçün seçimlərimiz oldu. Əsas obrazlarda isə problemlər yaşadıq. Bunun üçün də çalışacağıq ki, onları aktyor agentliklərindən, ya da öz ətrafımızdan tapıb üzə çıxaraq. Gələn həftədən artıq seçilənlərlə birgə məşqlərə başlayacağıq. Nəyə qadir olduqlarına baxacağıq. Daha sonra qərar verəcəyik. Gələn ay isə artıq çəkilişlərimiz başlayır".
 
Filmin baş qəhrəmanlarından olan İlkin Misgərli də öz növbəsində filmdən çox şey gözlədiyini bildirib:

"Sözügedən filmin əla olacağına inamım çoxdur. Komandamıza güvənim sonsuzdur. Sizə bir sirr açım: bu filmdə oynayacağım rol mənə çox doğmadır. Çünki mən hərbi xidmətdən qayıtdıqdan sonra 7 il kloun kimi fəaliyyət göstərmişəm".