Acun o yarışmanın münsiflərini dəyişdi - fotolar

Acun o yarışmanın münsiflərini dəyişdi - fotolar
6853 dəfə oxunub
  • A-
  • A
  • A+

TV8-in rəhbəri Acun İlıcalı "Rising Star" yarışmasının münsif heyətini dəyişib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, münsiflər kürsüsündə oturacaq ilk ad artıq dəqiqləşib. "Survivor" yarışması ilə yenidən gündəmə gələn müğənni Yılmaz Mörgül proqramın ilk sürprizi olub.

İddialara görə, digər münsiflər arasında müğənni Mustafa Sandalın həyat yoldaşı, Emine Sandal və müğənni Yalın yer alacaq. Aparıcı isə Öykü Serter olaraq qalacaq.

Qeyd edək ki, "Rising Star"da keçən il Mustafa Sandal, Gülben Ergen, Demet Akalın və Fuat Güner münsiflik edib.