İlhamə Quliyevanın köməkçisi prokurorluqda dindirilib

İlhamə Quliyevanın köməkçisi prokurorluqda dindirilib
2471 dəfə oxunub
  • A-
  • A
  • A+
Mərhum xalq artisti İlhamə Quliyevanın ölümünün şahidi olmuş köməkçisi Fatma Əliyeva Bakı şəhər Prokurorluğuna çağırılıb.

Axşam.az-ın məlumatına görə, bu barədə lent.az-a müğənninin köməkçisinin özü məlumat verib.
 
F.Əliyeva bildirib ki, müsahibəsindən sonra prokurorluqda dindirilib:

“Verdiyim müsahibədə dediklərimdən sonra İlhamə xanımın ölümü və mirası ilə bağlı prokurorluğa çağırıldım. Mayın 24 və 25-i ora getdim, danışdım, bir də həftənin 2-ci günü gedəcəyəm. Hər şeyi daha dəqiq mən bilirəm. Hər şeyi olduğu kimi danışacağam. Çünki İlhamə xanımın özü də sağlığında başına gəlmiş şantaj, hədə-qorxu və digər hadisələrlə bağlı istintaqa məlumatlar vermişdi”.
 
F.Əliyeva onu da bildirib ki, mərhum xalq artistinin bacısı İradə Quliyeva da İ.Quliyevanın ölümündən sonra Bakı şəhər Prokurorluğunda dindirilib.