Yeni sevgi yaşadığı deyilən İrem Derici danışdı

Yeni sevgi yaşadığı deyilən İrem Derici danışdı
6834 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli stilist Hakan Akkaya ötən axşam həyata keçirdiyi "The 120 days of Sodom" dəfiləsi ilə izləyicilərinə bayram əhval-ruhiyyəsi yaşadıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qara kəpənəkli geyimi ilə dəfiləyə qatılan İrem Derici gecənin "ən gözəl geyinən"i seçilib. Qısa ətəkli paltarlardan bezdiyini deyən müğənni buna görə belə bir tərzi seçdiyini diqqətə çatdırıb.

"Hakan Akkayanın məndə iki paltarı var, bu qədər çəki verməyimin səbəbi də Hakandır. "Bu nədir, bidon kimisən", deyəndən sonra arıqlamağa qərar verdim".

Selami Şahinin oğlu Lider ilə eşq yaşadığı danışılan İrem Derici yayılan xəbərlərə də aydınlıq gətirərək  "Bir ay əvvəl konsertdə tanış olduq, dost olmuşuq. Hamısı bu qədər" deyə bildirib.