28 May - Respublika Günü münasibətilə bayram konserti keçirilib - fotolar

 28 May - Respublika Günü münasibətilə bayram konserti keçirilib - fotolar
3457 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Sarayında 28 May - Respublika Günü münasibətilə “Ulu torpağım, Azərbaycan!” adlı konsert olub.

Sarayın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, konsertdə Xalq Artisti Mələkxanım Əyyubova, Əməkdar artistlər İlqar Muradov, Yusif Mustafayev, Sevinc Sarıyeva, Ağalar Bayramov (bədii qiraət), tanınmış müğənnilər Samir Piriyev, Mətanət Əsədova, Ayaz Qasımov, Sevda Yəhyayevə, Yaşar Yusub, Yaşar Muradov, aşıqlar - Əməkdar Mədəniyyət İşçisi Əhliman Şirvanlı, həmçinin Fəzail Misginli, Aşıq Nazim və Aşıq Nəbi çıxış ediblər.

Bayram konsertinə sarayın rəhbərliyi tərəfindən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və C.Naxçıvanski adına hərbi liseyin kursantları, Müdafiə Nazirliyinin hərbi birləşmələri və zabitləri, daun sindromlu, fiziki qüsurlu, kimsəsiz, əlil uşaqlar dəvət olunublar.