Anasının vəsiyətini yerinə yetirdi

Anasının vəsiyətini yerinə yetirdi
8165 dəfə oxunub
  • A-
  • A
  • A+
Mayın 15-də dünyasını dəyişən aktrisa Oya Aydoğanın oğlu Qurur Aydoğan anasının vəsiyyətini yerinə yetirib.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, anası öləndən sonra Qurur ilk dəfə podiuma çıxıb.

Model çətin günlər keçirdiyini, amma ayaqda qalmağa çalışdığını bildirib:

"Anamın ən böyük hədəfi mənim etdiyim işdə uğur qazanmağım idi. O, məni peşəkar model və aktyor kimi görməyi arzulayırdı. Hər zaman işimin başında olmağımı istədi. Mən də buna görə işimə davam edirəm. Anamın dediklərini etməyə çalışıram. Ona olan sözümü tutacam".