Azərbaycanlı müğənni efirlərdən pul tələb etdi

Azərbaycanlı müğənni efirlərdən pul tələb etdi
5016 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Orxan Babazadə hərbi xidmətdən qayıdıb.

Axşam.az-ın məlumatına görə, sənətçi yaradıcılığı ilə bağlı özünə qadağa qoyub. Belə ki, Orxan bundan sonra dəvət olunacağı bütün verilişdən pul tələb edəcəyini bildirib:

“Bir müddət əvvəl açıqlamışdım ki, bundan sonra gündəmdə az görünəcəyəm. Bu sözümdə də ciddiyəm. Efirlərə çıxmasam da, verilişlər məni hər dəfə bir mövzu ilə qonaq çağırır. O dəfə bir telekanal maraqlı mövzu ilə zəng etmişdim. Mən də ona cavabımda dedim ki, çox gözəl, iştirak edərəm. Amma buna görə mənə 1500 manat ödəməlisiniz. Verilişin prodüseri şoka düşdü. Dedi, "Siz nə danışırsınız, Azərbaycan televiziyasında hələ belə sistem qurulmayıb". Mən də öz növbəmdə cavab verdim ki, qurulmayıbsa, qurun.

Bu sözü zarafat, ya da gündəm yaratmaq üçün demirəm. Orxan Babazadəni öz verilişində görmək istəyən, mən deyən qonorarı ödəsin. Əks təqdirdə özlərini yorub mənə zəng etməsinlər.

Onsuz da hamı bilir ki, mənim pula ehtiyacım yoxdur. Şükürlər olsun, şəxsi biznesim var və qazancım məni qane edir".