“Ər və arvad” tamaşası yenidən repertuarda

“Ər və arvad” tamaşası yenidən repertuarda
342 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyası növbəti dəfə nümayiş olunacaq.

Dövlət Musiqili Teatrının Mətbuat xidmətindən Axşam.az-a verilən xəbərə görə, tamaşanın nümayişi bayram günündə iyunun 26-da saat 19.00-da baş tutacaq.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı əməkdar rəssam Eldar Qurbanovdur. 

Rolları əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, Emma Məlikova, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Əliməmməd Novruzov, Fərid Rzayev və Ruslan Mürsəlov ifa edirlər.