"Lent.az" 8 yaşında

"Lent.az" 8 yaşında
951 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün "Lent.az" İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 8 il ötür. www.lent.az resursu 2008-ci il iyun ayının 25-dən internet istifadəçilərinin ixtiyarındadır.

www.lent.az ünvanında yerləşən agentlik gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.

Saytda ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür.

Portal bu günədək 250 minə yaxın materialı oxuculara təqdim edib.