Messiyə heykəl qoyuldu - fotolar

Messiyə heykəl qoyuldu - fotolar
1208 dəfə oxunub
  • A-
  • A
  • A+
"Copa Amerika"nın finalında Çiliyə uduzan Argentina futbol yığmasını növbəti şokunu yaşayır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, komandanın əsas silahı Lionel Messinin millinin heyətindən gedəcəyi haqda açıqlaması ölkədə yas ab-havası yaradıb. Argentina prezidenti Maurusio Makri də futbolçunu yığmada qalmağa səsləyib.

Ölkənin paytaxtı Buenos-Ayresdə isə bələdiyə sədri Rodrigez Larreta Messinin heykəlinin açılışını edib, metro stansiyalarına və dayanacaqlara "Getmə Messi" sözləri yazılan şüarlar yapışdırılıb.

Eləcə də, dünyanın dörd yanından futbolçuya dəstək gəlib. Onlardan biri isə qumdan heykəl düzəldərək üstünə "getmə, Messi" yazan hindistanlı sənətçi olub.