"Həyat yoldaşım mənə baxanda əsəbiləşirdi"

"Həyat yoldaşım mənə baxanda əsəbiləşirdi"
4057 dəfə oxunub
  • A-
  • A
  • A+
“Məni efirlərə dəvət edib, təxribat yaradırdılar. Suallar verirdilər, mən də əsəbiləşib danışırdım, qalmaqal yaranırdı”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə “Hər şey daxil” verilişində deyib.

Sənətçi həyat yoldaşı Sevinc xanımın qalmaqallara görə onu efirlərdə izləmədiyini etiraf edib:

“Həyat yoldaşım həmişə deyirdi ki, sən efirə çıxanda baxmıram, əsəbiləşirəm. Harasa gedəndə, deyirdi, səni qalmaqala salacaqlar. Söz verirdim ki, danışmayacam. Alınmırdı, danışırdım. O da baxıb əsəbiləşirdi, dediyi düz olurdu. Amma indi nə desələr də, cavab vermirəm. Xanımım bilir ki, o cür təxribatlara uymuram. Qalmaqallı sual olanda yola verirəm, deyirəm, İsa sizə kömək olsun”.