"Bizə bu sözləri deməyin!" - Murad Arif

"Bizə bu sözləri deməyin!" -  Murad Arif
2103 dəfə oxunub
  • A-
  • A
  • A+
"Çoxdan bəri populist və cahil adamların dilində əzbər olan bir məsələyə münasibət bildirmək istərdim: Siz satıcıya, sürücüyə, mühəndisə, həkimə, məmura və ya fəhləyə deyə bilməzsiniz ki, "İşğal günü niyə işə çıxmısan, niyə işləyirsən?". Deyə bilməzsiniz. Artistə, aparıcıya, sənətçiyə də deməyin".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb.

Sənətçi işğal günləri səhnəyə çıxan sənətçiləri qınayanlara sərt cavab verib:

"Bizim işimiz kənardan əyləncə kimi görünsə də, sizin işinizdən əskik iş deyil. Sizdən də az yorulmuruq. Bizim xərclərimiz, məsrəflərimiz sizinkindən az olmur. Biz də ailəmizin sabahı üçün ən az sizin qədər narahatıq. Ona görə də, məntiqli və anlayışlı olun".