"Vətən xaini", yoxsa?

"Vətən xaini", yoxsa?
45729 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə 15 iyul hadisələrindən sonra film və serial sektoru da böyük sarsıntı yaşadı.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, son hadisələr səbəbilə bəzi layihələrin gedişatı yavaşlayıb, bəziləri isə təxirə salınıb.

Lakin, avqustdan etibarən başlaması planlaşdırılan bəzi serialların hazırlığında sürəti azaltmaq istəməyən şirkətlər var. Onlardan ən maraqla gözləniləni Halit Ergenç və Bergüzar Korel cütlüyün 11 il sonra eyni serialda rol alacağı “Vətən xaini” layihəsidir.

Məlumata görə, 15 avqustda, ən gec isə avqustun sonunda ekranlara çıxması planlaşdırılan serialın son hazırlıqları edilir. Necati Şahin və Nuran Evren Şitin qələmə aldığı ssenari əsasında hazırlanacaq serialın serial sektoruna yeni nəfəs gətirəcəyi gözlənilir.

Serial hələ ekranlara çıxmamış yeni iddia da ortaya atılıb. 15 iyul hadisələrindən sonra serialın adının “Vətən xaini” olaraq qalmasının tənqidlərə tuş gələcəyi, bu səbəbdən adının “Vətənim Sənsən” olaraq dəyişdiriləcəyi deyilir. Hələlik, bu iddia rəsmi olaraq təsdiqlənməyib.