Murad Dadaşovun heç vaxt reallaşmayacaq arzusu - fotolar

Murad Dadaşovun heç vaxt reallaşmayacaq arzusu -  fotolar
3212 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Murad Dadaşov reallaşmayan arzularından danışıb.

Axşam.az-ın məlumatına görə, şoumen "buro247.az" saytına açıqlamasında dramatik obraz canlandırmaq istədiyini deyib:

"Mənim bir yerinə yetməyən arzum var, ömrümün axırına kimi də yəqin yerinə yetməyəcək. Həmişə serfinqist kostyumu geyinə bilən və özünü rahat hiss edən insanlara paxıllıq etmişəm. Əlbəttə ki, onu mən də geyinə bilərəm, ancaq qorxuram ki, məni bu kostyumda görən insanlar serfinqin daşını atacaq. Digər arzum dramatik rol ifa etməkdir. Mənə həmişə komediya rolları təklif edirlər. Hamı düşünür ki, mən komik rolları əla ifa edə bilirəm. Ancaq mən drammatik rolları da oynaya bilərəm. İnsanların buna inanması üçün nə etmək lazım olduğunu bilmirəm. Yəqin ki, mən özüm özümə belə imkan yaratmalı və hamını buna inandırmalıyam. Güldürməyi bacaran kəs, düşünürəm ki, insanları düşündürməyi, ağlatmağı da bacarar".

M.Dadaşov qızlarla oğlanların fərqindən bəhs edib. O, xanımların hər zaman xüsusi olduğunu deyib:

"Qızlar üçün xüsusi olmaq asandır. Onlar həmişə xüsusidirlər. Kişilər üçün xüsusi olmaq həmişə əhval-ruhiyyə gətirir. Biz hara getsək, nə etsək də, ilk təəssürat əlbəttə ki, həlledicidir, ancaq onu kütlədən fərqlənmək üçün həmişə dəstəkləmək lazımdır. Bilik, təhsil, yeni bir şey demək bacarığı kütlədən seçilməyə kömək edəcək".