"O stresi hələ də ata bilməmişəm"

"O stresi hələ də ata bilməmişəm"
2355 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İzzət Bağırzadə bu il konsert verməməsinin səbəblərini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Hər şey daxil” verilişində bildirib ki, bunun üçün çoxlu pul lazımdır:

“Konsert böyük xərc tələb edir. Mən də sponsorla işləmirəm. Ötən il ilk dəfə açıq havada konsert verdim. Onun stresini, həyəcanını hələ də ata bilmirəm. Çünki açıq havada konsert vermək daha məsuliyyətlidir. Hava pis ola bilər. Bütün mahnılarımı canlı ifa etdim, hələ də o yorğunluqdan ayılmamışam”.