Aktrisa və yazıçı Gülay Hüseynova Türkiyədə aparıcılığa başlayır.
Axşam.az-ın məlumatına görə, o, "TV 360"da yayımlanan "Pazardayız" adlı yarışma proqramının aparıcısı olacaq.
Veriliş 4 mart tarixindən hər gün günorta yayımlanacaq.
Qeyd edək ki, Gülay sonuncu dəfə "Show" TV-də yayımlanan "Yeni Gelin" serialında oynamışdı. Aktrisa eyni zamanda iki kitabın müəllifidir.