Emma Bakının məşhur restoranında zəhərləndi

Emma Bakının məşhur restoranında zəhərləndi
3301 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elmira (Emma) Ələkbərzadə zəhərlənib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda özü xəbər yayıb. O bildirib ki, Bakıda getdiyi Bayıl ərazisində yerləşən “Riviera” restoranında zəhərlənib. Sənətçi yediyi salatdan sonra halının pisləşdiyini bildirib:

"Bayılda "Riviera" restoranında qızardılmış balıqdan hazırlanan salat sifariş verdim. Nəticədə zəhərləndim. İllər əvvəl də orada salatdan zəhərlənmişdim. Düşündüm zaman keçib, çox şey dəyişib. Ancaq yox! Onlar məni çox yaxşı tanıyırlar, ancaq yenə də keyfiyyətsiz yemək veriblər”.
 
İfaçı izləyicilərinə bir daha həmin restorana getməmələrini deyib. Emma bayramdan sonra məkana gedib, şikayət edəcəyini söyləyib.