Son günlər Əməkdar artist Mətanət İsgəndərli görüntüsü ilə diqqət cəlb edir.

Axşam.az xəbər verir ki, buna zəmin yaradan isə onun üzündə hiss olunan dəyişiklikdir.

Belə ki, sosial şəbəkə izləyiciləri onun üzünə estetik müdaxilələr etdirdiyini yazır. Bildirilir ki, müğənni dodağındakı geli çıxartdırıb, eyni zamanda “thread lifting” - qızıl sapla üz dartma əməliyyatı etdirib.

Bütün bunlar isə sənətçinin sosial şəbəkədə müzakirə edilməsinə rəvac verib. Hətta bəzi istifadəçilər onu tanımadıqlarını yazıblar.

Qeyd edək ki, müğənni bir müddətdir qızı ilə İtaliya və Türkiyədə dincəlirdi. O, səyahətdən yeni dönüb.

 
 
 
 
 


                 

Digər