Aslı Şafakın aparıcısı olduğu "İşin Aslı" proqramına qonaq olan Kaya Çilingiroğlu qalmaqallı açıqlamalar verib.

Axşam.az xəbər verir ki, 55 yaşlı Kaya kişilərin də qadınlar qədər şiddət gördüyünü söyləyib.

Çilingiroğlu "Bir qadının kişidən daha az əzildiyini düşünmürəm. Bu ölkədə kişiyə təcavüz edən yoxdur? Kişi də əziyət çəkir. Kişi evlənir, sonra boşanmaq istəyir. Arvadına "Burax gedim" söyləyir. qadın isə "Mənə filan qədər ödəməlisən" cavabını verir. Təzminat nədir?

Qadınlardan az çəkmədim. Təzminat niyə ödəməliyəm? Onsuz da övladımın bütün xərcini ödəyirəm. Gedib başqa kişiylə eşq yaşayacaqsan, yeyib-içəcəksən, pulu da mən ödəyəcəm?" deyə, Kaya bildirib.



Xəbər lenti