Azərbaycanlı model "Dünyanın ən yaraşıqlı kişisi" seçildi - Fotolar

Azərbaycanlı model "Dünyanın ən yaraşıqlı kişisi" seçildi - Fotolar
5341 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin İstanbul şəhərində keçirilən dünyaca məşhur “Best Model of The World – 2019” beynəlxalq model müsabiqəsinin final gecəsi baş tutub.

Axşam.az xəbər verir ki, müsabiqənin milli və beynəlxalq direktoru Aqil Məmiyevin  sözlərinə əsasən, 40 ölkədən yarışmaya qatılan bəy iştirakçılar arasında birinciliyi azərbaycanlı model Nuru Əhmədov qazanıb. “Best Model of the World”da ikinci yerə Belçika, üçüncü yerə isə Türkiyə təmsilçiləri çıxıb. Xanım iştirakçılar arasında isə, qalibiyyət Türkiyəli model Derya Ekşioğlu aid oldu.

Azərbaycanlı iştirakçı, model Nigar Həsənzadə isə sözügedən yarışmada “Best Asia” tituluna layiq görülüb.

Azərbaycan tərəfindən “Best Model of the World” müsabiqəsində yarışmanın milli və beynəlxalq direktoru Aqil Məmiyev, layihə direktoru Pərviz Əzimzadə, beynəlxalq müsabiqənin rəsmi qida məsləhətçisi isə həkim Dr. Azay Musayeva iştirak edib.

Qeyd edək ki, “Best Model of The World" müsabiqəsinin 12 il öncəki qalibi azərbaycanlı model Rüstəm Cəbrayılov olub.