Yeni radio kanalı üçün beş şirkət mübarizə aparacaq

Yeni radio kanalı üçün beş şirkət mübarizə aparacaq
947 dəfə oxunub
  • A-
  • A
  • A+

Yeni radio kanalının yaradılması məqsədilə elan edilən müsabiqəyə sənədlərin qəbulu bu gün başa çatır.

Milli Televiziya və Radio Şurasından (MTRŞ) Axşam.az-a verilən məlumata görə, ümumrespublika radio kanalını açmaq istəyən 5 şirkət quruma sənəd təqdim edib.

MTRŞ-dan o da əlavə olunub ki, sənəd qəbulu başa çatdıqdan sonra şura bir ay müddətində sənədlərə baxacaq və radio kanalını hansı şirkətin açacağını elan edəcək.

Qeyd edək ki, Bakı və Abşeron ərazisində 102,0 MHz tezliyinə elan olunan müsabiqəyə sənədlərin qəbulu noyabrın 12-də başlayıb.