Xalq artisti Zülfiyyə Xanbabayeva 17 il əvvəl çəkdirdiyi “Qəlbinə yol” adlı klipinin kadrarxası görüntülərini sosial şəbəkədə paylaşıb.

Axşam.az xəbər verir ki, xatirələrini izləyiciləri ilə bölüşən sənətçi bunları yazıb:

"17 il əvvəl, o vaxtkı Abşeron mehmanxanası... Çəkilişdən sonra xəstələnən onlarla yaradıcı insan və heç xəstələnməyən mən. Deyirik, gülürük, mübahisə edirik və ölkədə kinolentə çəkilən ilk klipi yaradırıq. Bu ciddi klipin pərdəarxası unudulmaz anlarla yadda qalıb".

Qeyd edək ki, mahnının sözləri Altun Şaşıqa, musiqi isə Rəşad Haşımova aiddir. Ekran işinin rejissorluğunu Emin Mirabdullayev edib.



                 

Xəbər lenti