Masallılı Brüs Li 30 il sonra anasını gördü - Video

Masallılı Brüs Li 30 il sonra anasını gördü -  Video
2121 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın birinci kanalında yayımlanan "Мужское/женское" adlı veriliş Masallıda Brüs Li ləqəbi ilə tanınan Bəxtiyar Kərimov adlı azərbaycanlıya həsr edilib.

Axşam.az xəbər verir ki, o 30 il anasından ayrı yaşayıb.

Rusiyada Açinsk şəhərində yaşayan Olqa Derbedeneva bildirib ki, 1987-ci ildə azərbaycanlı Ələddin Kərimovla görüşüb və birlikdə yaşayıb. İki il sonra onların oğlu dünyaya gəlib. Atası uşağa Brüs Li adını qoyub.

 

Bir ildən sonra Ələddin oğlunu götürərək Azərbaycana qayıdıb. Olqa illərlə oğlunu axtarıb. Bəxtiyar isə anasının öldüyünü düşünüb. Onu 9 il əvvəl dünyasını dəyişən nənəsi böyüdüb. Atasını isə uzun illərdir görmür. Buna səbəb isə Ə.Kərimovun oğlunu Azərbaycana gətirəndən sonra başqa ölkəyə getməsidir.

Verilişdə Olqa oğlunu qucaqlayıb və göz yaşlarını saxlaya bilməyib. Bəxtiyar eyni zamanda bacı və qardaşı ilə də tanış olub. O, atasının hazırda həbsxanada olduğunu vurğulayıb.