Müğənni Nadir Qafarzadə “Sən ürəksən ürək” adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.
Axşam.az xəbər verir ki, bəstənin müəllifi Murad Zeynaldır. Ekran işinin rejissorluğunu Ertoğrul Kemalov edib.
Yeni layihəsi haqda danışan Nadir bu mövsümdə yaradıcılığında bir çox yeniliklərin olacağını bildirib:
"Yeni mahnılar, kliplər, fotosessiyalar və adını hələ açıqlamayacağım bir layihə həyata keçirəcəyəm. “Sən ürəksən ürək” adlı mahnının klipi Şamaxıda lentə alındı. Ekran işi bir günə çəkildi. Bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm”.