Müğənni-aktyor Cared Leto pərəstişkarlarını sevindirib.

Axşam.az xəbər verir ki, sənətçi İnstaqram səhifəsində şəxsi nömrəsini izləyicilərinə verərək bunları deyib:

“Mən sizin üçün darıxıram. Düşünürəm ki, biri-birimizi uzun müddətdir tanıyırıq və mən telefon nömrəmi artıq sizə verə bilərəm. Biz çoxdandır ki, görüşmürük. Sizdən ismarış almaqdan məmnun olacağam. Nömrəmi qeyd edin. Ürəyiniz sıxılanda nə baş verdiyini mənimlə bölüşün”.

Qeyd edək ki, bu addımı ötən il aktyor Eşton Katçer də atmışdı.



Xəbər lenti