"Kaş qayınanamla yaşayardım" - Aynişan

"Kaş qayınanamla yaşayardım" -  Aynişan
10954 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə həftə əvvəl toyu olan Aynişan Quliyeva sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.

Axşam.az xəbər verir ki, Aynişan bu dəfə qayınanası ilə bağlı ünvanlanan sözlərə reaksiya verib. O bildirib ki, hamı ondan niyə qayınanası ilə birlikdə yaşamadığını soruşur:

"Anlamadığım bilirsiz nədir? Niyə məhz qayınananı vurğulayırsınız? Əgər söhbət ailə içində yaşamaqdan gedirsə, orada qayınata, baldız, qayın da ola bilər. Niyə ancaq qayınana soruşursunuz? Niyə bu qədər tənqidçisiniz? Qayınana ilə yaşamağı faciə kimi qəbul edirsiniz? Kaş qayınanamla yaşayardım, qızıl kimi insandır. Çox sevirəm onu. Hədsiz sevdiyim insanı dünyaya gətirən qadındır, necə sevməyim? Kaş hamı gəlinini onun kimi sevərdi".

Qeyd edək ki Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan fitnes müəllimi Kənanla ailə qurub. Cütlüyün oğlan toyu Ağcabədidə olub.