Elzanın şikayəti təmin edilmədi

Elzanın şikayəti təmin edilmədi
1454 dəfə oxunub
  • A-
  • A
  • A+
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən şikayətə baxılıb.

Axşam.az Modern.az-a istinadən xəbər verir ki, həmin dairədən qeydə alınmış namizəd Elza Qasımovanın (Seyidcahan) şikayəti haqqında MSK üzvü İlkin Şahbazov məlumat verib.

O, qeyd edib ki, müraciət qanunla müəyyən olunmuş vaxtda təqdim edilməyib.

MSK-nın ekspert qrupunun rəyi ilə qərara alınıb ki, buna görə də Elza Seyidcahanın şikayəti təmin edilməsin.