“Özümü oxuyan hesab etmirəm. Televiziyalar elə müğənniləri, elə oxumaq istəyənləri başımıza çıxarırlar ki, artıq bu sənətə nifrət edirəm”.

Axşam.az xəbər verir ki, bu sözləri “Xəzər” TV-də yayımlanan “Hər şeyil daxil” verilişində Əməkdar artist Elnarə Abdullayeva deyib.

“Məni də bura çağırırsınız, ağzını açıb oxuya bilməyəni də. Xaql onları istəmir, biz xalqın adından istifadə edirik. Elə sənəti olanlar var ki, bu gün Xalq artistlərini də, Əməkdar artistləri də “yeyər”. Hər şey gördüyünüz və bildiyiniz kimi deyil. Onların efirlərə çıxmağa pulu yoxdur. Səsi olmayanlar isə üç-beş manat tapıb verilişlərə çıxırlar. Tamaşaçılar elə düşünməsinlər ki, müğənnilər yalnız efirə çıxanlardan ibarətdir. Kənarda o qədər istedadlılar var ki... Ancaq bir tərəfdən baxanda elə bildiyiniz kimi etməyiniz yaxşıdır”.



                 

Xəbər lenti