“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin Xocalı soyqırımı ilə bağlı hazırladığı video-çarx 6 dildə təqdim edilib.

Axşam.az xəbər verir ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün video-çarx Azərbaycan dilində hazırlanıb, rus, ingilis, erməni, gürcü, türk dillərinə tərcümə olunub.

Materialda Xocalı qurbanlarının üzləşdiyi soyqırımı faktlar əsasında canlandırılıb. 5 dəqiqəlik video-çarxda ermənilərin törətdiyi əməllərin bir qismi nümayiş olunur.



                 

Xəbər lenti