Dünyaca məşhur müğənni Keti Perri nişanlısı, aktyor Orlando Blumdan ilk övladına hamilədir.

Axşam.az xəbər verir ki, bu barədə “E! Online” məlumat verib. Bildirilir ki, sənətçi yeni çıxardığı “Never Worn White” klipiylə hamiləliyini elan edib.

Qeyd edək ki, 2016-cı ildən birlikdə olan və ötən il nişanlanan cütlük bu ilin iyununda evlənəcək.

Onu da bildirək ki, O.Blumun məşhur model Miranda Kerrlə olan evliliyindən Flayin adlı bir oğlu var.



                 

Xəbər lenti