Türkiyəli müğənni Sərdar Ortaç sosial şəbəkə vasitəsi ilə sevgilisi Seçil Gürdən ayrıldığını bildirib.

Axşam.az xəbər verir ki, məsələ ilə bağlı S.Gürdən də açıqlama gecikməyib. O, ayrıldıqlarını paylaşımdan öyrəndiyini deyib:

“Evinə getdim, qapıda danışdıq. Mənə ayrıldığımızı dedi. Düşünürəm ki, xəstəliyi ruh halına təsir edib”.

Xatırladaq ki, S.Ortaç koronavirus qorxusu ilə xəstəxanaya yollanmışdı. İnfeksiya testindən keçən ifaçının soyuqdəymə və boğaz ağrısından əziyyət çəkdiyi məlum olub.



                 

Xəbər lenti