Azərbaycanda pensiyaçıların sayı açıqlanıb.

Axşam.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci il yanvarın 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 270,6 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 12,8 faizini təşkil edir.

Onların 58,4 faizi yaşa, 30,2 faizi əlilliyə, 11,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,1 faiz artaraq 263,6 manat təşkil etmiş və orta aylıq əmək haqqının 41,5 faizinə bərabər olub.



                 

Xəbər lenti