Son sutka ərzində İtaliyada koronavirus infeksiyasından 837 nəfər dünyasını dəyişib.
Axşam.az xəbər verir ki, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borelli bildirib.
Ümumilikdə İtaliyada COVİD-19 virusundan 12 428 nəfər vəfat edib.
Ölkədə gün ərzində sağalanlar 1109, indiyə qədər koronavirusa qalib gələnlərin sayı isə 15 729 nəfərə çatıb.