Məşhurların karantindəki məşğuliyyətləri - Fotolar

Məşhurların karantindəki məşğuliyyətləri - Fotolar
6649 dəfə oxunub
  • A-
  • A
  • A+
Koronavirus səbəbindən dünyanın bir çox ölkəsində karantin rejimi elan olunub. Bunlardan biridir Türkiyədir. Bəs, karantində olan türkiyəli məşhurlar vaxtlarını necə keçirirlər?

Axşam.az xəbər verir ki, Türkiyə KİV-i bununla bağlı xəbər hazırlayıb. Məlumatda Hülya Avşar, Ebru Şallı, Pelin Akil Altan ve Anıl Altan, Demet Akalın və Bahar Şahin kimi məşhur simalar yer alır.

Hülya Avşar - karantin dövründə evinin salonunu tennis meydançasına çevirib. İfaçı açıqlamasında "İlk gündən bu yana çox əylənirəm. Bu gün də gündəliyimdə tennis oynamaq var", - deyə bildirib.

Ebru Şallı - keçmiş model isə izləyiciləri ilə hər gün canlı yayıma qoşularaq "Siz evde qalın, mən də sizin formada qalmağınıza kömək edim", - deyir.

Demet Akalın - evinin ortasına qoyduğu idmanaləti ilə formada qalmağa çalışır.

Pelin Akil Altan ve Anıl Altan - məşhur cütlük əkizləri ilə vaxt keçirir. Bir neçə gün isə uşaqların nənəsinin doğum gününü evdə hazırlamış parti ilə keçirib və bu görüntüləri sosial mediada yayımlayıblar.

Bahar Şahin - gənc aktrisa isə karantindəki vaxtını pazl yığmaqla dəyərləndirir.