Koronavirus haqda ilk film çəkildi - Fotolar

Koronavirus haqda ilk film çəkildi - Fotolar
2093 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir gün bu günlər sona çatacaq və biz sevdiklərimizə möhkəmcə sarılıb, yenidən onlarla müxtəlif əyləncələrə qatılacağıq, film izləyəcəyik. Elə bu gün dünyanın bəlasına çevrilən koronavirus haqda da çoxlu ekran işi olacaq. Onlardan ilk uzunmetrajlı film isə artıq çəkilib.

Axşam.az xəbər verir ki, filmi kanadalı rejissor Mostafa Keşvari çəkib. Hadisələr 7 sakin eyni liftdə qapalı qalandan sonra başlayır.

7 qonşudan biri koronavirus analizinin cavabları müsbət çıxan çinli qadındır. Liftdə eyni zamanda əlil arabasında olan bir kişi, lift təmirçisi, borcu olan bir kirayəşin və bir də imkanlı iş adamı var. Bir-birindən xasiyyət və həyat səviyyəsinə görə fərqli olan bu insanlar sağ qalmaq üçün mübarizə aparırlar.