İzmirdə məsciddə "Bella çao" səsləndirildi - Videolar

İzmirdə məsciddə "Bella çao" səsləndirildi -  Videolar
844 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün İzmirdə məscidlərdə hər kəsi təəccübləndirən hadisə yaşanıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, məscidlərdən birində səsgücləndiricilər vasitəsilə Azan yerinə məşhur italyan mahnısı "Bella Ciao" səsləndirilib. İnsanlar çəkdikləri görüntüləri sosial şəbəkədə yayımlayıb.

Amma hadisə bununla bitməyib. Başqa bir vaxtda isə məsciddə yenidən Selda Bağçanın ifası səsləndirilib. Məsciddə bəzi parolların sındırılıb bu addımı atanların tezliklə tapılması tapşırılıb. Polis məsələ ilə bağlı araşdırmaya başlayıb.

İzmir müftülüğü və baş prokurorluq məsələ ilə bağlı tapşırıqlar veriblər. Onlar bunun qəsdən edildiyini söyləyiblər.

Məsciddə mahnı səsləndirilməsi təkcə İzmirdə yox, bütün Türkiyədə səs-küyə və tənqidlərə səbəb olub.