Rusiyadan daha 131 azərbaycanlı təxliyə olundu

Rusiyadan daha 131 azərbaycanlı təxliyə olundu
1064 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bu gün daha 131 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtması təmin olunub".

Axşam.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib

“Hazırda həmin şəxslər Rusiya-Azərbaycan sərhədini keçib. İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılır. May ayının 26-sına ilkin olaraq 104 nəfər sərhəddi keçməli idi. Buna baxmayaraq Azərbaycana keçənlərin sayını artırmaq mümkün oldu. Sərhədi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, - deyə Elnur Hüseynov bildirib.

O nəzərə çatdırıb ki, hazırda Rusiyadan Azərbaycana keçmək isəyən 600-dən çox adam var.