"48 işçiyə maaş verirəm" - Roza Zərgərli

"48 işçiyə maaş verirəm" -  Roza Zərgərli
2496 dəfə oxunub
  • A-
  • A
  • A+

"38 rəsmi, 10 nəfər isə ştatda olmayan işçim var. İnsanlar işləyirlər və bunun qarşılığında maaş alırlar".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "X maqazin"ə açıqlamasında deyib. Sənətçi işçilərindən, fəaliyyətindən bəhs edib:

"48 işçiyə əməkhaqqı verirəm. Baxmayaraq ki, peşəm rejissorluqdur, incəsənətə ifaçı kimi gəlmişəm. Bir çox layihələrin rəhbəriyəm. Yəni biznes tərəfim var. Yazaram, prodüserəm. İki ildir ki, pedoqoji fəaliyyətimi davam etdirirəm, dərs deyirəm".