Metin Hara 5 ilə qədər həbs oluna bilər

Metin Hara 5 ilə qədər həbs oluna bilər
1524 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir vaxtlar model Adriana Lima ilə yaşadığı eşqlə gündəmə gələn yazıçı Metin Haranın 5 ilə qədər həbsi istənilir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəməyə verilən yazıçı ikinci iclasa getməyib, hakim zorla gətirilməsini istəyib.

Diplomu olmadığı halda xəstə müalicə edən Metinin hakim 2 il 5 ay həbsini tələb edib. Vəkili yazıçının məhkəməyə gəlməməsini "Covid-19-a görə müvəkkilim məhkəməyə qatılmadı. Gələcək məhkəmədə olacaq" sözləri ilə izah edib.

2017-ci il iyulun 13-də Metin Hara ilə bağlı məhkəməyə qanunsuz fəaliyyət göstərməsi haqda şikayət ərizəsi təqdim edilib. Araşdırma nəticəsində Haranın sahibi olduğu "İnsana güven" adlı məsləhətxananın çalışma icazəsi olmadığı ortaya çıxıb.