Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 4-nə olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 8269 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 342 nəfər reanimasiyada, 61 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 6846 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 509 811 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxub, 471 nəfər sağalıb, 6 nəfər isə vəfat edib.



                 

Xəbər lenti