24 yaşlı şəhidimizlə vida mərasimi - Fotolar

24 yaşlı şəhidimizlə vida mərasimi -  Fotolar
3577 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub. 1996-ci il təvəllüdlü şəhidimizin cənazəsi Ağstafada izdihamla qarşılanıb. Şəhid Nazim İsmayılov doğulduğu Korxəlifəli kəndinin qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində Ağstafanın icra başçısı Seymur Orucov, millət vəkilləri Qənirə Paşayeva, Səməd Seyidov iştirak ediblər.

Qeyd edək ki, Nazim İsmayılov ailənin üç övladından biridir. Onun qardaşı da hazırda hərbi xidmətdədir. 24 yaşlı şəhidimiz subay olub.