"Seroloji testlərin aparılması olduqca vacibdir"

"Seroloji testlərin aparılması olduqca vacibdir"
974 dəfə oxunub
  • A-
  • A
  • A+

"Seroloji testlər vasitəsi ilə COVID -19 virusunu xəbərsiz və simptomsuz keçirənləri müəyyən etmək mümkün olacaq. Hətta bu xəsətəliyə qarşı immunitetinizin olub-olmadığını da öyrənə biləcəksiz".

Axşam.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, bu sözləri həkim-infeksionist Sədrəddin Atakişizadə deyib.

O bildirib ki, seroloji testlərin aparılması olduqca vacibdir. Əməkdaşlarımız seroloji testlərin müsbət tərəflərini araşdırblar. Bu testlərin aparılması əhali arasında COVİD-19 xəstəliyi keçirdiyinə görə yaranan immunitetin səviyyəsinin müəyyən edilməsidir. Seroloji testən keçən və qanında imonoqloblin "C" müsbət çıxan insanların "COVİD-19" infeksiyasına yoluxma riski yoxdur.

Seroloji testlərin keçirilməsi metodologiyası kimi sadə təsadüfi seçmə metodunun tətbiq edilməsi məqsədəuyğun hesab edilir. Bu metoda uyğun olaraq, Bakı və Sumqayıt şəhərlərində 1536 nəfərdən test götürülməməsi tövsiyyə olunur. Ölkə üzrə ümumi əhali haqqında nəticələr əldə etmək üçün bu şəhərlərdən əldə olunacaq nəticələr statistik qaydada emal olunur.

Həkim-infeksionist deyir ki, seroloji testlər dünyanın hər yerində və bütün infeksiyalara qarşı aparılan testdir.

Mövzu ilə bağlı reportajı təqdim edirik: