Avqustun 4-də Livanın paytaxtı Beyrutda baş vermiş partlayış öz nəticələri ilə bütün dünyanı silkələyib.

Axşam.az xəbər verir ki, yüzlərlə insanın həyatına son qoyan, minlərlə insanı şikəst edən hadisəyə kanadalı repçi “The Weeknd” də biganə qalmayıb.

Sənətçi “Global Aid for Livan” fonduna 300 min dollar yardım göndərib.

Bu barədə onun meneceri Vassim Sal Sleybi məlumat verib.

O bildirib ki, ayrılan məbləğ faciədən zərərçəkmiş insanlar üçün xərclənəcək.



Xəbər lenti