Məşhur musiqiçi vəfat edib

Məşhur musiqiçi vəfat edib
562 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı bəstəkar, saksafonçu Ronald Bell vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə sənətçinin həyat yoldaşı sosial şəbəkədə məlumat verib.

O, Amerikanın Virgin adasındakı öz evində 68 yaşında dünyasını dəyişib. Ronaldın ölüm səbəbi ilə bağlı isə heç bir məlumat verilməyib.

Qeyd edək ki, ”Kool & the Gang” qrupunun üzvü olan mərhum sənətçinin bəstələri “Rokki” və digər məşhur filmlərdə səsləndirilib.