"4 yaşlı oğlum ət yemir"

"4 yaşlı oğlum ət yemir"
3157 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Səbinə Babayeva 4 yaşlı oğlu ilə bağlı maraqlı açıqlama verib.

Axşam.az xəbər verir ki, müğənni bu haqda "Gün başladı" proqramında danışıb. O bildirib ki, övladı ət məhsullarından imtina edib:

"Oğlumun 4 yaşı var. Ət yemir. Dil açıb danışmağa başlayandan dedi ki, mənə ət vermə. Nə toyuq, nə kabab, nə katlet yemir. Hərdən ona nəyinsə arasında aldadıb yedizdirmək istədim. Amma alınmadı. Çalışıram ona daha çox zülalalar verim. Əti əvəz edən məhsullarla onu əvəzləyirəm".