Xatirə İstanbulda xəstəxanaya yerləşdirildi - Video

Xatirə İstanbulda xəstəxanaya yerləşdirildi -  Video
14814 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatirə İslam uzun müddətdir həyat yoldaşı Fəxrəddinlə İstanbulda dincəlir.

Axşam.az-ın məlumatına görə, sənətçi ötən gün xəstəxanadan görüntülərini paylaşıb. O, xəstəxana yatağında palataya aparılan müğənni kameraya əl edir.

Xatirə səhhətindəki problemlə bağlı heç bir açıqlama verməsə də onun görüntüləri qısa vaxtda sosial şəbəkədə yayılıb. Sənətçi daha sonra yenidən oteldən videolar yayımlayaraq yaxşı olduğunu göstərib.

Xatirə daha sonra açıqlama yayaraq mədəsində problem olduğunu deyib:

"8 ildir mədəm ağrıyırdı, müalicə alıram. Görək bu dəfə necə olacam. Yəqin çox yeməkdəndir. Estetik etdirdiyimi düşünənlərə isə demək istəyirəm ki, insan ağzını tam bağlamasa, o, heç vaxt arıq ola bilməz. Yediklərimiz, içdiyimiz su belə kökəldir. Bu isə bütün qidaların süni olması və yaşayış tərzimizlə bağlıdır: əsəb, stress... Yəni gördüyünüz o arıqlar aylarla ac qalır. o da bir iş deyil. Mən 59 kiloqramdan 76-ya çıxdım. Buna Bakıda etdirdiyim qeyri-peşəkar bir müalicə səbəb oldu. Yemədən dərmanlar atdım, Emilə ya bacı, ya qardaş arzulayırdım, amma uğursuz oldu. Sonda bu çəkiyə qalxdım. İnsan ağrıyanda nə estetik, nə gözəllik maraqlı olmur. Mənə dua edin salamat evimə, ailəmin yanına qayıdım".