"Nofəlin ölümü ilə bağlı yazılanlara görə utanırıq"

"Nofəlin ölümü ilə bağlı yazılanlara görə utanırıq"
2478 dəfə oxunub
  • A-
  • A
  • A+

"Nofəlin ölümü ilə bağlı yazılanlara görə, özümüzdən utanırıq. Hadisə sırf səhlənkarlıq nəticəsində baş verib".

Axşam.az xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl oğlu tərəfindən öldürülən musiqiçi Nofəl Süleymanovun qardaşı Əlibəy Süleymanov deyib. "Elgizlə izlə" verilişinə qonaq olan Süleymanov gitara ifaçının oğlunun durumundan danışıb:

"Ailənin içində olduğum üçün ürəyimdə zərrə şübhə yaranmadı. Axşamdan hazırlaşıblar ki, ailəliklə rayona getsinlər. Ov həvəskarı idi, silahı vardı. Oğluna deyib ki, Şövqü, silahı boşalt, gətir təmizləyək. Qismət belə gətirdi ki, Nofəlin ölümü oğlunun əli ilə oldu. Oğlu elə haldadır ki, evə qapanıb".

Qeyd edək ki, mərhum haqda sosial şəbəkədə bir çox xəbər yayılmışdı. Onun ailəsinə xəyanət etdiyi yazılmışdı.